23 Noyabr 2014 08:04
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barselona”nın hücumçusu Lionel Messi yeni rekorda imza atıb. Teleqraf.com-un məlumatına görə, Argentina millisinin üzvü İspaniya La Liqasının XII turunda evdə “Sevilya”nı məğlub etdikləri görüşdə adını tarixə yazdırıb.

Belə ki, Leo Kataloniya klubunun 5:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edərək, La Liqada ən çox qol vuran futbolçu adını qazanıb. 21, 73 və 78-ci dəqiqələrdə fərqlənən 27 yaşlı oyunçu qollarının sayını 253-ə çatdırıb.

Bununla da Messi 1940-1955-ci illər arasında Bilbao “Atletik”ində forma geyinmiş Telmo Sarranın 251 qolluq (277 oyun) rekordunu qırıb. Lionel İspaniya çempionatında bu topları 289 matçda rəqib qapılarından keçirib.


Müəllif: