Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin daha 5 ilk oyunu keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, günün ilk matçında İspaniyanın "Sevilya" və İngiltərənin "Vest Hem" komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Digər 4 görüş isə 00:00-da start götürəcək. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyada "Barselona"nın qonağı olacaq.
Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutmalıdır. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.
İlk oyun günündə Fransa "Lion"u Portuqaliyada "Portu"nu 1:0, Almaniya "Ayntraxt"ı isə İspaniyada "Betis"i 2:1 hesabı ilə məğlub edib.
Avropa Liqası, 1/8 final mərhələsi
İlk oyunlar
10 mart
21:45. "Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)
00:00. "Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya)
00:00. "Braqa" (Portuqaliya) - "Monako" (Fransa)
00:00. "Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
00:00. "Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə)
Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.