20 İyun 2022 18:59
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının C divizionundakı oyunlarının təqvimi bəlli olub.

Teleqraf.com xəbər verir ki, B qrupunda yer alan yığma ilk matçını iyulun 25-də Lüksemburqa qarşı keçirəcək.

Bir gün sonra Cəbəllütariqı sınağa çəkəcək komanda iyulun 27-də Ermənistanla münbasibətilərinə aydınlıq gətirəcək. Kollektiv qrupdakı son görüşündə isə Moldova ilə üz-üzə gələcək.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komanda yarımfinala yüksələcək.


Müəllif: Teleqraf.com