29 İyul 2022 15:32
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın "Rapid" klubu "Neftçi"yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun biletlərinin qiymətini açıqlayıb.

Teleqraf.com Vyana təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, A kateqoriyasına biletlər böyüklərə 25 avro, uşaqlar üçün isə 8 avroya satışa çıxarılır.

B kateqoriyasındakı biletlər müvafiq olaraq 22 və 7 avro, C kateqoriyasında isə 15 və 5 avrodur. Sonuncu kateqoriyada yalnız 12 avroluq böyüklər üçün biletlər satılır.

Qeyd edək ki, avqustun 11-də keçiriləcək "Rapid" – "Neftçi" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk qarşılaşma avqustun 4-də "Bakcell Arena"da olacaq.


Müəllif: Teleqraf.com