4 Oktyabr 2022 10:35
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın kapitanı Maksim Medvedev İTV-də yayımlanan “Bol İdman” verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, təcrübəli müdafiəçi Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə dialoqundan söz açıb: “Oyunların birindən sonra Canni De Byazi ilə matçı müzakirə edirdik. Ona dedim ki, həftə ərzində bir taktika üzərində işləyirik, eksperiment aparırmış kimi, oyuna 1-2 gün qalmış onu dəyişirsən. Oyunçular da hara qaçacağını, hara açılacağını bilmir. Çünki əziyyət çəkən bizik. Yəni aramızda xoş olmayan söhbətlər yaşandı”.

Maksim Azərbaycan millisinə öz namizədinin sabiq komanda yoldaşı, hazırda “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov olduğunu da deyib: “Milli komandamızın baş məşqçi postuna ən yaxın namizəd Rəşad Sadıqovdur. Onu baş məşqçi postuna təyin edib, öz komandasını qurmaq üçün 3-4 il də vaxt versələr... Ondan sonra nəticənin necə olacağını görərik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər