2 Noyabr 2022 20:54
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib.

Azərbaycan Güləş Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, Serbiya yığması yarışda iştirak edə bilməyəcək. Bu komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb.

Beləliklə, Dünya Kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.

Qeyd edək ki, Dünya Kuboku 4-6 noyabrda təşkil olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər