Qətərdə keçirilən futbol üzrə dünya çempionatının B qrupunda ilk tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, qrupun ikinci oyununda ABŞ və Uels yığmaları üz-üzə gəliblər. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçda ilk qolu amerikalılardan 36-cı dəqiqədə Timoti Vea vurub. 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qaret Beyl hesabı bərabərləşdirib. Bu, mundialda qeydə alınan ilk bərabərlik olub.
Qeyd edək ki, ilk turdan sonra qrupa 3 xalı olan İngiltərə millisi başçılıq edir.
ABŞ və Uels Qətərdəki dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyununda hesab bərabərləşib.
"Report"un məlumatına görə, 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qaret Beyl tarazlığı bərpa edib - 1:1.