23 Noyabr 2022 16:00
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir qarşılaşma oynanılıb.

Teleqraf.com xəbər verir ki, F qrupunun I turunda Mərakeş və Xorvatiya komandaları üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, qrupun digər matçında Belçika Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

14:05

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Xorvatiya yığmaları arasında F qrupunun I tur oyunu başlayıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşmanı argentinalı FIFA referisi Fernando Rapallini idarə edir.

***

13:30

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunda üz-üzə gələcək Xorvatiya və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar.

Xorvatiya: 1. Dominik Livakoviç (q), 22. Yosip Yuranoviç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 19. Borna Sosa, 11. Marselo Brozoviç, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 13. Nikola Vlaşiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç

Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 6. Romen Saiss, 5. Nayef Aquerd, 3. Nussair Mazraui, 15. Selim Amallah, 4. Sofyan Amrabat, 8. Umai Azzedin, 7. Hakim Ziyeş, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq


Müəllif: Teleqraf.com