26 Noyabr 2022 21:56
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələn Fransa - Danimarka duelindən Fransa qalib ayrıldı.

Teleqraf.com xəbər verir ki, hesab 2:1 Fransa millisinin hesabına başa çatıb. Kilian Mbappe matça dubla imza atıb.

***

Fransa - Danimarka matçında Fransa komandası 86-cı dəqiqədə fərqlənməyi bacarıb.

Teleqraf.com xəbər verir ki, danimarkalıları məyus edən futbolçu yenə Kilian Mbappe olub. Hesab 2:1 fransızların xeyrinədir.

***

21:29

Fransa - Danimarka matçında Danimarka hesabı bərabərləşdirməyə nail olub.

Teleqraf.com xəbər verir ki, qolu 67-ci dəqiqədə danimarkalı futbolçu Andreas Kristensen vurub.

***

21:22

Qətərdə keçirilən dünya çempionatında Fransa - Danimarka matçında hesab açılıb.

Teleqraf.com xəbər verir ki, hesabı 61-ci dəqiqədə Fransa millisinin məşhur futbolçusu Kilian Mbappe açıb.

***

20:04

Fransa - Danimarka matçında ikinci hissəyə start verildi.

Teleqraf.com xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda qarşılaşan komandalar ilk hissəni qolsuz bərabərliklə başa vurublar.

***

20:48

Qətərdə keçirilən dünya çempionatında üz-üzə gələn Fransa - Danimarka matçında ilk hissə başa çatıb.

Teleqraf.com xəbər verir ki, maraqlı mübarizə, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.

***

20:00

Dünya çempionatında Fransa və Danimarka komandaları arasında keçirilən oyuna start verilib.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda oynayacaq Fransa və Danimarka yığmalarının start heyətləri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, komandalar meydana bu heyətlə çıxacaq:

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Danimarka: Kasper Şmeyxel, Yoaxim Andersen, Viktor Nelson, Yoakim Mehle, Andreas Kristensen, Yesper Lindström, Kristian Eriksen, Mikkel Damsqor, Andreas Kornelius, Rasmus Kristensen, Pye-Emil Hoybyerq

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Müəllif: Teleqraf.com