27 Noyabr 2022 22:23
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.

Teleqraf.com-un məlumatına görə, Avropa təmsilçisi hesab arasındakı fərqi artırıb - 3:1.

Andrey Kramariç 70-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

Beləliklə qarşılaşma Xorvatiyanın qələbəsilə başa çatıb.

21:33

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda birinci hissə başa çatıb.

Teleqraf.com-un məlumatına görə, Avropa təmsilçisi fasiləyə öndə yollanıb - 2:1.

20:40

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.

Teleqraf.com-un məlumatına görə, Avropa təmsilçisi hesabı bərabərləşdirib - 1:1

Xorvatiya yığmasının heyətində Andrey Kramariç.36-cı dəqiqədə tarazlığı bərpa edib.

20:04

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda hesab açılıb.

Teleqraf.com-un məlumatına görə, 2-ci dəqiqədə Alfonso Deyvis Kanadanı önə keçirib - 1:0.

20:00

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

18:43

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Xorvatiya və Kanada yığmalarının start heyətləri açıqlanıb.

Komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yosko Qvardiol, Borna Sosa, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, Marko Livaya, İvan Perişiç, Andrey Kramariç.

Kanada: Milan Boryan; Riçi Lareya, Alister Conston, Stiven Vitoriya, Kamal Miller, Alfonso Deyvis; Tedjon Byukenen, Atiba Hatçinson, Stiven Euştakiu, Kayl Larin; Conatan Devid.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


Müəllif: Teleqraf.com