2 Dekabr 2022 00:57
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya millisi Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşıb.

Bundestim E qrupunun III turunda Kosta Rikanı 4:2 hesabı ilə məğlub etsə də, mübaizəni dayandırıb. Buna qrupun digər matçında Yaponiya yığmasının İspaniyaya 2:1 hesabı ilə qalib gəlməsi səbəb olub.

Bu nəticələrdən sonra Asiya təmsilçisi 6 xalla qrup lideri olub və pley-offa adlayıb. İspaniya 4 xalla ikinci, eyni xala malik Almaniya üçüncü olub. 2 xalı olan Kosta Rika isə qrupu sonuncu pillədə başa vurub.

***

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab dəyişib.

90+2-ci dəqiqədə Niklas Füllkruq 4-cü topu Mərkəzi Amerika təmsilçisinin qapısından keçirib - 4:2.

***

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda 5-ci qol vurulub.

Bundestim 85-ci dəqiqədə Kay Havertsin qolu ilə hesabda önə keçib - 3:2.

***

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab bərabərləşib.

Bundestim 73-cü dəqiqədə tarazlığı bərpa edib. Kay Haverts fərqlənib.

***

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda 3-cü qol vurulub.

70-ci dəqiqədə Mərkəzi Amerika təmsilçisindən Xuan Pablo Varqas komandasını önə çıxarıb - 2:1.

***

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab bərabərləşib.

Mərkəzi Amerika təmsilçisi Yeltsin Texedanın 58-ci dəqiqədə vurduğu qolla tarazlığı bərpa edib - 1:1.

***

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab açılıb.

10-cu dəqiqədə Serj Qnabri Bundestimi önə keçirib.

***

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyunu start götürüb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

22:12

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda üz-üzə gələcək Kosta Rika və Almaniya yığmalarının start heyətləri açıqlanıb.

Komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Kosta Rika: Keylor Navas, Kendal Vaston Manle, Oskar Duarte, Brayan Ovyedo, Xuan Pablo Varqas, Brandon Agilera, Yeltsin Texeda, Selso Borxes, Keyşer Fuller, Joel Kempbell, Cohan Veneqas

Almaniya: Manuel Noyer, Niklas Süle, Antonio Rüdiger, David Raum, Coşua Kmmix, Leon Qoretska, Cama Musiala, İlkay Gündoğan, Serj Qnabri, Leroy Sane, Tomas Müller

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Müəllif: Teleqraf.com