Bu gün Avropa Liqasında 1/16 və 1/8 final mərhələlərinin püşkü atılacaq.
Publika.az xəbər verir ki, cüzi də olsa, püşkatmada iştirak etmək şansı olan "Qarabağ"la bağlı suallara da aydınlıq gəlib. Belə ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq püşaktamada "Dnepr" iştirak edəcək. Artıq UEFA-nın rəsmi səhifəsi də, az öncə paylaşdığı şəkillə bütün suallara aydınlıq gətirib.
Qeyd edək ki, "Qarabağ" "İnter"lə matçın son dəqiqəsində təmiz qol vursa da, çexiyalı hakimlər briqadası müəmmalı şəkildə qolu qeydə almamışdılar.
Ağdam klubunun UEFA-ya etirazı isə, görünür, bir fayda verməyib.