Azərbaycan Premyer Liqasında bu gün XXVI tura yekun vurulacaq.
Teleqraf.com xəbər verir ki, turun qapanış matçı Şamaxıda keçiriləcək.
Eyniadlı komanda çempionatın iddialı klublarından “Neftçi”ni qəbul edəcək. Son 5 dueldə “Şamaxı”ya qalib gələn “ağ-qaralar” seriyanı davam etdirməyə borcludurlar. Əks təqdirdə, ikinci pillədəki “Sabah”la xal fərqi artacaq.
Bölgə təmsilçisi isə məğlub olmamaqla həm iki illik “Neftçi” tilsimini qırmaq, həm də sonuncu pillədəki “Səbail”dən uzaqlaşmaq niyyətindədir. Üçüncü sıradakı bakılıların aktivində hazırda 52 xal varsa, “Şamaxı” 20 xalla doqquzuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, turun “Kəpəz” – “Zirə” və “Turan Tovuz” – “Qəbələ” görüşləri 1:1 hesablı heç-heçə ilə nəticələnib, “Sabah” “Sumqayıt”ı 4, “Qarabağ” isə “Səbail”i 3 cavabsız qolla üstələyib.
Premyer Liqa
XXVI tur
12 mart (bazar)
15:00. “Şamaxı” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı şəhər stadionu