20 Mart 2023 13:09
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatı üçün sifariş ərizəsini təqdim edib.

Bu barədə Teleqraf.com-a Federasiyadan məlumat verilib.

Bildirilir ki, Azərbaycan Ağır Atletika Federasiyası olaraq yığma komandamızın Ermənistanda keçiriləcək təsnifat xarakterli Avropa çempionatında iştirakı ilə bağlı məlumatlar Avropa Ağır Atletika Federasiyasının sifarişlərin qəbulu üzrə onlayn sistemi vasitəsilə ilkin olaraq göndərilib.

"İştirakla bağlı son təsdiq 11 aprel tarixinə qədər sistem vasitəsilə təqdim edilməlidir. Sadəcə, prosedur qaydalarına riayət və təmin olunması üçün təmaslar olmalıdır. Bu proses isə hələ başlamayıb. Əlavə məlumat olduqca, ictimaiyyətə məlumat veriləcəkdir", - deyə federasiyadan qeyd ediblər.


Müəllif: Teleqraf.com