“Neftçi” klubunun futbolçusu Araz Abdullayev Yeni İl günü Kərbəla ziyarətində olacağı barədə xəbərləri təkzib edib.
Teleqraf.com-un xəbərinə görə, 22 yaşlı yarımmüdafiəçi özünün Facebook səhifəsində onun bayram günlərində İrana gedəcəyi ilə bağlı yayılan məlumatlara belə aydınlıq gətirib: “Ziyarətə gedəcəyim barədə yazıblar. Sözsüz ki, Kərbəla torpağına ayaq basmaq gözəldir, amma mən Kərbəlaya gedəcəyimi deməmişəm. Bu, yalan məlumatdır. Yeni ili ailəmlə birgə Bakıda keçirəcəyəm”.
Qeyd edək ki, report.az saytı yazıb ki, A.Abdullayev dekabrın 31-i və ya yanvarın 1-də İrana yollanacaq. O, ziyarətə yollanacağına dair xəbəri “Yeni İli harada qarşılayacaqsınız” sualını cavablandırarkən verib: “Bu bayram mənlik deyil. Mən ziyarətə gedirəm. Sabah və ya birisigün Kərbəla ziyarətində olacağam. Ziyarətdən qayıtdıqdan sonra isə “Neftçi”nin məşqlərinə qoşulacağam”.
Nərgiz