"Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb.
Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Andrey Strijak əyakət təmsilçisini tərk edib.
2022-ci ilin yayından "qırmızı-qaralar"ın şərəfini qoruyan futbolçuların müqavilə müddəti başa çatıb. 32 yaşlı qolkiper “Qəbələ”də keçirdiyi mövsüm ərzində 34 matçda iştirak edib. 24 yaşlı ukraynalı legioner isə 7 oyun keçirib.
Qeyd edək ki, "Qəbələ" daha əvvəl Məqsəd İsayevlə vidalaşıb.