22 İyun 2023 22:02
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan karateçisi Tural Ağalarzadə Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb.

Teleqraf.com xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı finalda yunanıstanlı Dionisios Ksenosdan üstün olub.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında əldə etdiyi ilk medaldır.

***

Azərbaycan karateçisi Tural Ağalarzadə Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

Teleqraf.com xəbər verir ki, 67 kq-da yarışan idmançı finala gedən yolda polşalı Miloş Sabyetskini sınağa çəkib.

Rəqibinə 4:3 hesabı ilə qalib gələn Ağalarzadə adını həlledici qarşılaşmaya yazdırıb. Onun finaldakı rəqibi Dionisios Ksenos (Yunanıstan) - Stefan Komanesku (Rumıniya) cütünün qalibi olacaq.

Qeyd edək ki, Tural Ağalarzadənin görüşü Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da izləyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər