13 May 2014 10:48
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 6-12-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Uşu üzrə 15-ci Avropa çempionatı baş tutub.

Teleqraf.com xəbər verir ki, çempionatda ölkəmizi 6 idmançı, 1 hakim və 1 məşqçi-rəhbər təmsil edib.

Avropa Uşu Federasiyasının Konqresində Azərbaycan Uşu Federasiyasının Prezidenti Azər Həsənsoy “1-ci dərəcəli Avropa Uşu medalı” ilə təltif olunub.

Çempionatda yeniyetmələr arasında 48 kq dərəcəsində İsa Bayramov və kişilər arasında 56 kq-da Elçin Eminov qızıl medal, yeniyetmələr arasında 60 kq da Taleh Əliyev və 80 kq-da Məhəmməd Rüstəmli gümüş medal qazanıblar.

Aygün


Müəllif: