13 Yanvar 2015 03:14
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı keçirilib.

Baş İdarədən AzərTAc-a bildiriblər ki, çempionatda 115 idmançı iştirak edib.

Kişilər arasında üçtəkanla tullanmada Nazim Babayev, 400 metr məsafədə Hakim İbrahimov, şüvüllə tullanmada Şimşək Əlizadə (hər üçü Neftçi İKİB), 300 metr məsafədə Andrey Aranoviç (Məhsul İC), uzunluğa tullanmada Kamil Əliyev (Neftçi İKİB), yadro növü üzrə Tofiq Məmmədov (Təhsil RİM), 200 metr məsafədə Kamran Əsgərov (BTİ), 1500 metr məsafədə Tofiq Bağırov (Təhsil RİM), 60 metr məsafədə Pərviz Ağazadə (AAF), 60 metr məsafəyə sədlərlə qaçışda Rahib Məmmədov (Ümid İK) ilk sırada qərarlaşıblar.

Qadınlar arasında isə 1500 metr məsafədə Aidə Hacıyeva (Neftçi İKİB), 400 metr məsafədə Adilə Məmmədova (Spartak İC), 60 metr məsafədə Valeriya Balyanina (Neftçi İKİB), yadro növü üzrə Elnarə Ələsgərova (Təhsil RİM), 800 metr məsafədə Rəqsanə Rəcəbli (BTİ) birinci yerlərə layiq görülüblər.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.


Müəllif: