3 Sentyabr 2023 18:29
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 4-də Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 17-dək davam edəcək Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi və 425 qadın) mübarizə aparacaq. Onların arasında Azərbaycan milli komandasının üzvləri də olacaq.

Qadınların yarışında Nazilə İsmayılova (49 kiloqram) və Günel Vəliyeva (76 kiloqram), kişilərin mübarizəsində isə İsa Rüstəmov (67 kiloqram), Ömər Cavadov (73 kiloqram), Əli Şükürlü (102 kiloqram) və Dadaş Dadaşbəyli (109 kiloqram) qüvvələrini sınayacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər