Səudiyyə Ərəbistanı Futbol Federasiyası 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün ərizə vermək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, dünya çempionatına iddia ölkənin dünya səviyyəli futbol tədbirlərinə ev sahibliyi etməkdə artan təcrübəsi ilə gücləndiriləcək. Belə ki, ölkə 2027-ci ildə Asiya Kubokuna ev sahibliyi edəcək.
Oktyabrın 4-də Beynəlxalq Futbol Federasiyası bəyan edib ki, 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün yalnız Asiya və Okeaniya ölkələri iştirak edə bilər. 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. 2030-cu il dünya çempionatının əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq, turnirin açılış matçı Uruqvayda, növbəti iki oyun Argentina və Paraqvayda baş tutacaq.