UEFA Avropa Liqasının qrup mərhələsində "Hakken"in qonağı olan "Qarabağ" oyundan qələbə ilə ayrılıb.
Teleqraf.com xəbər verir ki, qarşılaşma Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər görüşündə Almaniyanın "Bayer 04" komandası Norveçdə "Molde"yə qalib gəlib - 2:0. Altı xalla alman klubu qrupa liderlik edir. İkinci pillədə "Qarabağ" qərarlaşır, "Molde" və "Hakken"in isə xalı yoxdur.
***
İsveçdə "Hakken" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda hesab açılıb.
Teleqraf.com xəbər verir ki, 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu "Hakken"in qapısından keçirib.
***
İsveçdə UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda üz-üzə gələcək "Hakken" və "Qarabağ"ın start heyətləri bəlli olub.
Teleqraf.com xəbər verir ki, bu günki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar meydana bu heyətlə çıxacaq.
"Hakken": 26. Peter Abrahamson, 13. Simon Sandberq, 3. Yohan Hammar, 4. Ayham Usu, 21. Tomas Totland, 18. Mikkel Riqaard, 11. Samuel Qustafson (k), 14. Simon Qustafson, 24. Amor Layuni, 17. Eduard Çilufya, 23. Mamadu Sonko
"Qarabağ": 99. Andre Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 77. Yassin Benzia, 10. Abdullah Zubir, 18. Juninyo Olavio, 15. Leandro Andrade