Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) versiyasına görə, Kriştiano Ronaldo 2014-cü ilin ən yaxşı bombardiri seçilib.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, səslər hesablanarkən beynəlxalq arenada klub və milli səviyyədə vurulmuş qollar nəzərə alınıb.
Onun aktivində 20 qol var. Portuqaliyalı futbolçu 2013-cü ildə 25 qolla bu ada layiq görülmüşdü.
Sonrakı yerləri Neymar (19 qol) və Lionel Messi (18 qol) tutublar.