İtaliya Futbol Federasiyası "Nyukasl"ın və İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonalini 10 ay müddətinə futboldan uzaqlaşdırıb.
Teleqraf.com xəbər verir ki, buna onun mərc oyunlarında iştirakı səbəb olub. Futbolçu "Milan"da çıxış etdiyi zaman mərc qoyub.
Diskvalifikasiyaya görə oyunçu İngiltərə Premyer Liqasının qalan mövsümünü, eləcə də İtaliya vəsiqə qazana bilsə, Avro-2024-ü buraxacaq. O, 8 ay qumar asılılığına görə müalicə olunacaq.
Tonali son transfer pəncərəsində 64 milyon avroya "Milan"dan "Nyukasla" keçib. Bu mövsüm yarımmüdafiəçi klubun heyətində bütün turnirlərdə 12 oyuna çıxıb və 1 qol vurub. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir.