24 Dekabr 2023 22:22
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Super Liqasının XVII turunda keçirilən "İstanbulspor" - "Trabzonspor" matçında baş verən qalmaqalla bağlı qərar verilib.

Teleqraf.com xəbər verir ki, oyunun 73-cü dəqiqəsində, hesab 1:1 olarkən İstanbul klubunun prezidenti Ecmel Faik Sarıalioğlu hakim idarəçiliyinə etiraz edərək komandanı meydandan çıxarıb.

Türkiyə Futbol Federasiyasının çıxardığı qərara əsasən, "İstanbulspor"un 3 xalı silinib və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub prezidenti Ecmel Faik Sarıalioğlu 3 aylıq futboldan uzaqlaşdırırlıb. O, 750 min lirə cərimə də edilib.

Həmçinin, azarkeşlərin davranışına görə "İstanbulspor" növbəti ev oyununu boş tribunalar qarşısında keçirməli olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər