13 Yanvar 23:06
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şahmatçısı Nicat Abasovun İddiaçılar Turnirində iştirak edəcəyi rəsmiləşib.

Teleqraf.com Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, buna sabiq dünya çempionu Maqnus Karlsenin yarışdan imtina etməsi səbəb olub.

Norveçli qrosmeyster FIDE-yə məktub göndərərək, İddiaçılar Turnirinə qatılmayacağını təsdiqləyib. Onun əvəzinə yarışa vəsiqə Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan N.Abasova verilib.

Qeyd edək ki, bu ilin aprelində Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirində azərbaycanlı şahmatçı ilə yanaşı, Yan Nepomnyaşi (FIDE), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Rameşbabu Praqqnanandxa, Vidit Santoş Qucarati, Dommaracu Qukeş (hər üçü Hindistan) və Alireza Firuzca (Fransa) da mübarizə aparacaq. Turnirin qalibi Şahmat Tacı uğrunda görüşdə hazırkı dünya çempionu çinli Din Lirenlə qarşılaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər