31 Yanvar 10:02
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının qrup mərhələsini sonuncu turunda “Hekken”ə qarşı keçirilən qarşılaşmada qırmızı vərəqə alan “Qarabağ”ın müdafiəçisi Marko Veşoviçin cəzası müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, UEFA monteneqrolu müdafiəçini bir oyunluq diskvalifikasiya edib. Müdafiəçi Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçirilən oyunu buraxacaq.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər