7 Fevral 14:59
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ağırlıqqaldırma millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına 9 idmançı ilə yollanacaq.

Teleqraf.com xəbər verir ki, onlardan 8-i kişi, 1-i isə qadın ağırlıqqaldıran olacaq.

İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi 81 kq), Nurlan Məmmədzadə (89 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) kişilər, Nazilə İsmayılova (45 kq) isə qadınlar arasında yarışda qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı fevralın 12-20-si aralığında baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər