Bu gün Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.
Teleqraf.com xəbər verir ki, tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanmış Azərbaycan çempionu “Qarabağ” Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşacaq.
Bu komandalar arasındakı ilk oyun Braqa şəhərində baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
“Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.
Avropa Liqası
Pley-offun ilk oyunu
15 fevral
00:00. “Braqa” – “Qarabağ”
Baş hakim: Morten Knoq (Danimarka).
Braqa. “Estadio Munisipal”.
***
UEFA Avropa Liqasının pley-off mərhələsininin ilk oyunu çərçivəsində bir qədər sonra başlayacaq “Braqa” – “Qarabağ” matçı üçün heyətlər açıqlanıb.
Komandalar matça aşağıdakı tərkibdə çıxacaqlar:
“Braqa”: 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo
“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Ehtiyat oyunçular: L.Quqeşaşvili, A.Ramazanov, M.Medvedev, K.Medina H.Keyta, R.Cica, A.İsayev, A.Hüseynov, T.Bayramov, P. Andrade, N.Axundzadə