26 Mart 11:37
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA "Qarabağ" klubunu 45750 avro cərimələyib.

Teleqraf.com xəbər verir ki, UEFA Bakıda Portuqaliyanın "Braqa" və Almaniyanın "Bayer 04" komandalarına qarşı Avropa Liqasının oyunlarında yaşananlara hüquqi qiymət verib.

Nəticədə "Qarabağ" "Braqa"ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) lazer şüalarından istifadəyə görə 8000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə 7500 avro ödəməlidir.

"Qarabağ" - "Bayer 04" oyununun Bakıdakı ilk qarşılaşmasında azarkeşlər pirotexniki vasitələrdən istifadə edib. UEFA buna görə "Köhlən atlar"ı 2750 avro cərimələyib.


Müəllif: Teleqraf.com