26 Mart 14:28
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qərarı UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi verib.

Oyunun rəsmi şəxsini - hakimi təhqir edən Elvin Cəfərquliyev UEFA klub turnirlərdindən iki oyunluq diskvalifikasiya edilib.

“Qarabağ”ın futbolçusu “Bayer”lə 1/8 finalın ilk matçını buraxsa da, cəzanın çəkilməyən hissəsi növbəti mövsümə qalıb. Almaniya klubu ilə cavab görüşündə aldığı qırmızı vərəqəni də nəzərə alsaq, Cəfərquliyev 2024/25 mövsümünə iki matçlıq diskvalifikasiya ilə başlayacaq.

Bu görüşdə “Braqa” da futbolçularının düzgün olmayan davranışına görə xəbərdarlıq alıb.

Qeyd edək ki, “Qarabağ” evdəki görüşdə 2:3 hesabı ilə uduzsa da, 1/8 finala yüksəlib.


Müəllif: Teleqraf.com