26 Mart 18:12
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə qarşılaşıb.

"Qarabağ Arena"da baş tutan matç qonaqların qələbəsi ilə bitib - 3:0. Bu nəticədən sonra F qrupunda xallarının sayını 18-ə çatdıran Ukrayna liderdir. Azərbaycan millisi 3 xalla sonuncu pillədə qərarlaşıb.

U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.


Müəllif: Teleqraf.com