26 Mart 20:33
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 22-də İngiltərə ilə keçirilən oyundan (1:5) sonra futbolçuları bu matça həm psixoloji, həm də fiziki olaraq hazırlamaq çox çətin oldu.

Teleqraf.com xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Bakıda Ukraynaya 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunundan sonra deyib.

Mütəxəssis Ukraynada həmişə güclü oyunçuların yetişdiyini söyləyib: “Qrupumuzun liderinə qarşı oynayırdıq. Ukrayna futbolu tarixən həmişə öndə olub. Aşağı yaş qruplarından ibarət yığma komandaları hər zaman Avropa çempionatlarında iştirak edib və edirlər. Əbəs yerə qrupda bütün oyunlarını qələbə ilə başa vurmayıblar və təsadüfi deyil ki, birinci pillədə qərarlaşıblar”.

Əliyev görüş ərzində real qol imkanlarının olduğunu vurğulayıb: “Lakin Nəriman Axundzadə bundan istifadə edə bilmədi. Hesab 0:2 olanda isə futbolçular dərk edirdilər ki, geridönüş etmək çətin görünür. Bu vəziyyətdə Xəyal Əliyev və Rüfət Abbasov kimi daha gənc futbolçuları meydana buraxdıq ki, ən azından ab-havanı hiss etsinlər”.


Müəllif: Teleqraf.com