30 Yanvar 2015 13:25
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya futbolunda böhranlı vəziyyət yaranıb.

Publika.az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası (RFEF) etiraz aksiyası keçirmək niyyətindədir. Buna səbəb klubların maliyyə işlərinə dövlətin müdaxiləsidir. Bununla razılaşmayan RFEF nəticə olmayacağı təqdirdə, hətta çempionatın dayandırılmasına da əl ata bilər.

RFEF rəhbərliyi uşaq-gənclər futboluna dövlət tərəfindən maliyyə dəstəyinin azalmasından da narazılığını bildirib. İspaniya Ali İdman Şurasının (CSD) prezidenti Migel Kardenal narazıları dövlətin qanunsuz əməllərindən məhkəməyə müraciət etməyə çağırıb.

Federasiyada çempionatın oyunlarının qismən dayandırılmasına dövlətin qanunsuz əməllərinə qarşı mübarizə üsulu kimi yanaşırlar.


Müəllif:

Oxşar xəbərlər