7 May 09:14
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Teleqraf.com xəbər verir ki, PSJ Fransada Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü italiyalı Daniele Orsato idarə edəcək.

Dortmunddakı ilk matçda meydan sahibləri qələbə qazanıb - 1:0.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cavab oyununda "Real" İspaniyada Almaniyanın "Bavariya" kollektivini sınağa çəcək. Münhendəki qarşılaşmada heç-heçə (2:2) qeydə alınıb.


Müəllif: Teleqraf.com