8 May 09:32
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.

Teleqraf.com xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Real" İspaniyada Almaniyanın "Bavariya" klubunu qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçın baş hakimi polşalı Şimon Marçinyak olacaq.

Münhendəki ilk matçda heç-heçə qeydə alınıb - 2:2. Qalib finalda Almaniyanın "Borussiya" (Dortmund) komandasına rəqib olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.


Müəllif: Teleqraf.com