9 May 21:17
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daha bir yunan-Roma güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Teleqraf.com xəbər verir ki, Rafiq Hüseynov (60 kiloqram) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində bu hüquqa sahib çıxıb.

O, yarımfinalda gürcüstanlı Laşa Qobadzeni 4:1 hesabı ilə məğlub edərək Olimpiya lisenziyası qazanıb.

Bununla da Azərbaycanın “Paris-2024”ə əldə etdiyi lisenziyaların sayı 22-yə çatıb.

***

20:41

Azərbaycan güləşçisi Murad Məmmədov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Teleqraf.com xəbər verir ki, 28 yaşlı idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.

60 kq çəkidə çıxış edən idmançımız yarımfinalda Razvan Arnautla (Rumıniya) qarşılaşıb. Məmmədov 8:2 hesabı ilə qalib gələrək Fransa paytaxtında iştirak hüququna yiyələnib.

Beləliklə, Azərbaycan olimpiadaya 21-ci lisenziyanı qazanıb.


Müəllif: Teleqraf.com