“Biz çox fərqli iki hissə gördük. Hesab edirəm ki, nəticə ədalətlidir. İlk hissədə onlara həddən artıq hörmət göstərdik, amma sonra daha yaxşı oynadıq. Çox yaxşı komandaya qarşı oynadıq. Amma qol buraxdığımız epizodda sadəlövh idik".
Teleqraf.com xəbər verir ki, bu sözləri Sloveniya millisinin baş məşqçisi Matyaj Kek Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Danimarka ilə bərabərə qaldıqları oyundan (1:1) sonra deyib.
Mütəxəssis azarkeşlərin onlara inanılmaz dəstək verdiyini vurğulayıb: "Çox gülər üzlər görürəm. Hətta rəqib azarkeşlər də hörmət edirlər. Bütün bunları görməyə şadam və hər kəsə təşəkkürümü bildirirəm”.