7 İyul 11:31
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə İngiltərə millisi 1996-cı ildən sonra ilk dəfə Avropa çempionatlarının final mərhələsinin penaltilər seriyasında qalib gəlib.

Teleqraf.com xəbər verir ki, yığma son olaraq Almaniyada təşkil olunan AVRO-2024-ün 1/4 finalında ötən gün İsveçrəni məğlub edib.

Britaniyalılar əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən görüşdə rəqibini üstələyib - 5:3.

Bu, komandanın 28 ildən sonra qitə çempionatında penaltilər seriyasında ilk qalibiyyətidir. Yığma o vaxtdan AVRO-2020-nin finalı da daxil olmaqla dörd dəfə uduzub.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq. İngiltərə millisi yarımfinalda Niderland seçməsi ilə üz-üzə gələcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər