30 İyul 23:48
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ümid edirdim ki, yarışda medal qazanacağam".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransa paytaxtında təşkil olunan Yay Olimpiya Oyunlarındakı çıxışı bağlı danışarkən deyib.

O, olimpiadaya çox yaxşı hazırlaşdığını bildirib:

"Olimpiadaya çox yaxşı hazırlaşmışdım. Gündə iki dəfə məşq edirdim. Ümid edirdim ki, yarışı medalsız başa vurmaram. Təəssüf ki, alınmadı. Düşünürəm ki, bu mənim üçün böyük təcrübə oldu".

Qeyd edək ki, Y.Ramazanova kamandan oxatma yarışlarının 1/32 finalında çinli An Qixuana qalib gəlib. İdmançımız növbəti mərhələdə almaniyalı Mişel Kroppenə uduzaraq yarışla vidalaşıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər