15 Avqust 13:24
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında mübarizəni davam etdirən “Qarabağ” futbol klubu növbəti transferini reallaşdırıb: qapıçı Mateuş Koxalski heyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi “Stal Mielets”lə razılıq əldə olunub.

Klubumuzla 24 yaşlı polşalı qolkiper arasında 3+1 illik müqavilə imzalanıb. O, “Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.

Koxalski 2022-ci ilin yayından “Stal Mielets”in şərəfini qoruyub. Bunadək “Legionoviya Legionovo”, “Radomyak Radom” və “Legiya Varşava”da forma geyinib.

Qeyd edək ki, “Qarabağ”ın yeni qapıçısı bu ilin iyununda Polşanın əsas millisinin AVRO-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər