11 Oktyabr 18:55
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məqsədim Azərbaycanda və Türkiyədə istedadlı futbolçuları yetişdirməkdir.

Teleqraf.com xəbər verir ki, bunu Bakıda səfərdə olan sabiq futbolçu Mesut Özil deyib.

"Bu sahədə də uğur qazana biləcəyimi düşünürəm. Təcrübəmi yeni nəsillə bölüşmək niyyətimdəyəm. Əhalisi az olan ölkələrdən ulduz futbolçular çıxır. Niyə bizdə də olmasın?", - deyə keçmiş yarımmüfafiəçi vurğulayıb.

O, "Qarabağ" klubuna qarşı keçirdiyi oyunları yada salıb:

"Hər zaman ölkənizə gələndə insanlar məni yaxşı qarşılayıblar. "Qarabağ"a qarşı da oynamışam. Həmin matçı xatırlayıram".

Qeyd edək ki, Mesut Özil karyerası ərzində Almaniyada "Şalke 04", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbağça" və "Başakşehir" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər