Argentinalı hücumçu Lionel Messi millidə ən çox qol vuran futbolçuların siyahısında ikinci pilləyə yüksəlib.
Teleqraf.com xəbər verir ki, 37 yaşlı ön xətt oyunçusu bunu DÇ-2026-nın seçmə mərhələsində Boliviyaya qarşı oyunda reallaşdırıb.
O, Argentina yığmasının 6:0 hesablı qələbə qazandığı görüşdə het-trikə imza atmaqla bombardirlər siyahısında ikinci olub. Hazırda Messinin hesabında 112 qol var. O, iranlı Əli Daeni (108) geridə qoyub.
Qeyd edək ki, millidə ən çox qol vuranların siyahısına 133 qolla Portuqaliya yığmasının ulduzu Kriştiano Ronaldo başçılıq edir.