17 Oktyabr 20:25
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

4 oktyabr 2020-ci il tarixdə Gəncə şəhərinə edilmiş terror hücumları faktı üzrə Harutunyan Araik Vladimroviç və digərləri barəsində, Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 100, 116, 117, 120, 186, 214, 218, 228, 279.-cu maddələri ilə cinayət işi başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə 2020-ci il oktyabrın 17-də Gəncənin beşinci dəfə raket atəşinə tutulması ilə bağlı media üçün keçirilən brifinqdə çıxışı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Şahin Osmanov deyib.

O qeyd edib ki, istintaq zamanı qeyd olunan hadisələrin hər biri üzrə hadisə yerlərinə baxış keçirilmiş, həlak olmuş şəxslərin meyitlərinin tibb eksperti tərəfindən müayinəsinin aparılması, habelə xəsarət almış şəxslərin almış olduqları xəsarətlərə dair tibbi rəylərin alınaraq iş materiallarına əlavə edilməsi, eyni zamanda xəsarət almış şəxslərin zərərçəkmiş şəxs qismində tanınmalarına dair qərarların qəbul edilərək və sair istintaq hərəkətlərinin həyata keçirilməsi təmin edilib.

“Belə ki, 2020-ci il oktyabr ayının 4, 5, 8, 11 və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində Azərbaycan Respublikasının Gəncə şəhəri üzrə 26 nəfər mülki şəxs qəsdən öldürülmüş, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Eyni zamanda Gəncə şəhəri üzrə ümumilikdə həlak olmuş 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir. Xəsarət almış 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayan şəxslərdir”,- deyə Ş.Osmanlı bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər