16 Oktyabr 18:45
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina millisinin kapitanı Lionel Messi yığmadakı gələcəyindən danışıb.

Teleqraf.com xəbər verir ki, ötən gün Boliviya ilə matçda het-trik və 2 qol ötürməsi edən 37 yaşlı hücumçu millidə özünü uşaq kimi hiss etdiyini deyib:

"Hazırda olduğum yerdən həzz alıram. Məni hərəkətə gətirən də budur. Yaşıma baxmayaraq, millinin düşərgəsində olanda özümü uşaq kimi hiss edirəm. Çünki bu komandada çox rahatam. Nə qədər ki, yaxşıyam və istədiyim kimi oynaya bilirəm, bu fürsətdən həzz almağa davam edəcəyəm”.

Qeyd edək ki, Messi Argentina millisində 189 oyun keçirib, 112 qol vurub və 60 qolun ötürməsini verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər