Kişi voleybolçulardan ibarət “Xilasedici” klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Teleqraf.com xəbər verir ki, Bakı təmsilçisi türkiyəli voleybolçu Sərhat Coşqunla anlaşıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.
S.Coşqun son olaraq ölkəsinin “Cizrə Bələdiyəspor” komandasında çıxış edib.