4 Mart 2015 07:44
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”u start götürüb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında mübarizəni dayandıraraq, ikinci dərəcəli qitə kubokuna yollanan “Rabitə” də ilk matçını keçirib.

Avrokubokda yeganə təmsilçimiz paytaxt klubu ilk görüşünə səfərdə çıxıb. Zoran Qayiçin yetirmələri Fransa “Beziers”i ilə qarşılaşıb. “Rabitə” yarımfinal yolundakı rəqibi ilə cütün taleyini Aqdedə həll etmək niyyətində idi.

Oyuna yaxşı başlayan təmsilçimiz ilk setdə qalib gəməyi bacarıb – 22:25. Lakin meydan sahibləri 2-ci hissədə müqavimət göstərərək, hesabı bərabərləşdirib. Buna baxmayaraq, “Rabitə” digər 2 hissəni də xeyrinə tamalayaraq, Fransada inamlı qələbə qazanıb.

Qeyd edək ki, Bakıdakı cavab qarşılaşması 8 gün sonra baş tutacaq.

CEV kuboku

Çelenc raund, ilk oyun

3 mart

“Beziers” (Fransa) – “Rabitə” (Azərbaycan) - 1:3 (22:25; 28:26; 14:25; 21:25)

Hakimlər: Omero Satanassi (İtaliya), Xuan Alvares (İspaniya)

Aqde, İdman Sarayı


Müəllif:

Oxşar xəbərlər