“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta komanda yoldaşı Xavi haqqında maraqlı açıqlamalar verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, İnyestanın sözlərinə görə, Xavi ilə birgə oynamaq çətindi:
“Bəzən mənə elə gəlir ki, onunla birlikdə oynamaq çətindi. Ancaq yenə də Xavinin komanda yoldaşı olmaq şərəfdi. O, tapşırıqları yerinə yetiməklə yanaşı, komanda oyununu da yaxşılaşdırır. Sadəcə bəzən bütün oyunçularda olduğu kimi, bizdə də nəsə alınmır”.
Qeyd edək ki, Xavinin mövsümün sonunda “Barselona”dan ayrılacağı gözlənir.
Rüstəm