24 Mart 2015 19:57
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki martın 28-də Maltaya qarşı oyun öncəsi açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Xorvatiyanın Sport Z1 kanalına danışan təcrübəli mütəxəssis futbolumuzun gələcəyindən ümidli olduğunu dilə gətirib:

“Bizim yaxşı futbolçularımız var. İndi yalnız Malta ilə oyun barədə düşünürük. Bir neçə il sonra Azərbaycan millisi indikidən yüksək mövqedə olacaq.

Biz çalışırıq ki, əsl futbol oynayaq. Bizim oyunçularda istedad problemi yoxdu. Problem futbola baxışdadı. Əsas məqsəd 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazır olmaqdı”.

Prosineçki Azərbaycanla eyni qrupda yer alan Xorvatiya millisi barədə də fikirlərini bölüşüb. O, həmvətənlərinin AVRO-2016-ya vəsiqə qazanacağına və orada layiqincə çıxış edəcəyinə inandığını deyib.

“Xorvatiya ciddi futbol oynayır. Bunu İtaliya ilə görüşdə gördük. Bu komandadan razı qalmaq lazımdı. Çünki belə kiçik ölkədən bu qədər istedadlı futbolçu çıxır. Təkcə futbol yox, digər idman növlərini də bura aid etmək olar. Mən Xorvatiya millisinin Avropa çempionatının final mərhələsində iştirakını gözləyirəm”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər