"Arsenal"ın futbolçusu Məsut Özil iddialı açıqlama verib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı cəbərə görə, türkəsilli alman yarımmüdafiəçi məqsədinin "Qızıl top"u qazanmaq olduğunu deyib:
"Daha yaxşı formada olmaq üçün çalışıram. Gələcək illərdə "Qızıl top" mükafatını qazanmağı hədəfləyirəm. Bunu bacaracağıma inanıram".
M.Özil Almaniya millisi ilə "Avro-2016"nın qalibi olmaq istədiyini də söyləyib:
"Son dünya çempionu olaraq Avropanın da ən güclüsü olmağı düşünürük. Hazırda heyətimiz daha güclü futbolçulardan təşkil olunub".